Avropa İttifaqı tərəfindən maliyyələşən
“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” layihəsi
Ümumi məqsəd:
Kənd əhalisinin gəlir əldə etməsini və iş yerlərinin yaradılmasını dəstəkləməklə mikro biznesin yaradılması və inkişafını dəstəkləmək.
Xüsusi məqsəd:
Gəncə - Qazax, Quba - Xaçmaz, Şəki - Zaqatala və Kür - Araz (Aran) İqtisadi Zonalarında sahibkarlıq bacarıqlarını artırmaq, bazar imkanlarını genişləndirmək və maliyyə dəstəyini təmin etməklə öz bizneslərinə başlamaq və genişləndirmək üçün kəndli mikro sahibkarların bilik və bacarığını gücləndirmək.
ADSMİRRA layihəsinin hədəf qrupu:
Öz bizneslərini genişləndirməkdə olan mikro sahibkarlar
Start-ap bizneslər
ADSMİRRA layihəsinin icraçı partnyor təşkilatları:
MFC - Mikromaliyyə Mərkəzi (Polşa)
ASK - Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Konfederasiyası